Bir kişi və qadına xəsarət yetirən şəxs saxlanıldı

img

28-03-2019 [17:25]


Bir kişi və qadına xəsarət yetirən şəxs saxlanıldı.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, martın 27-də günorta saatlarında bir nəfər şəhər sakini DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək qonşuları olan bir kişi və bir qadına kəsici-deşici alətlə bədən xəsarəti yetirilməsi barədə məlumat verib.

İlkin araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini Amil Hüseynov ailə münaqişəsi zamanı öz qohumları olan bir kişi və bir qadına döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A. Hüseynov şəhər ərazisində gizləndiyi yarım tikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR