Yeni virus bank müştərilərini hədəfə alır

img

28-03-2019 [17:24]


Kiber təhlükələrində ixtisaslaşan "Group-İB” şirkəti məhdud imkanlı şəxslər üçün servisi istifadə edən "Gustuff” adlı yeni android troyan virusunu qeydə alıb.

"Report” "Group-İB”ə istinadən xəbər verir ki, "Bank of America”, "Bank of Scotland”, "J.P.Morgan”, "Capital One”, "PNC Bank” kimi nüfuzlu bankların mobil əlavələrinin istifadəçilərinə təhlükə yaradan yeni troyan həmçinin "PayPal”, "eBay”, "Western Union”, "Skype”, "WhatsApp”, "Gett Taxi” kimi müxtəlif online satış xidmətləri, mesencer, ödəmə sistemlərinin də əlavələrinin istifadəçilərini "hədəfə” götürür.

Fişinq linki olan çoxünvanlı mesajlar vasitəsilə android smartfonlarına yol tapan virusun funksiya imkanları kütləvi təsir üçün hazırlanıb. Proqramda məhdud imkanlılar üçün xidmət üzərindən bankların mobil əlavələrini açan funksiya da var ki, bu yolla kripto portmanatları (Bitcoin Wallet, BitPay, Cryptopay, Coinbase və s.) daha rahat boşaltmaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub