Bakıda keçmiş məhkum həbs olundu

28-03-2019 [11:19]

Yasamalda silahlı şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb: "Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "TT” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır".



SON XƏBƏRLƏR