Azərbaycan şahmatçısı erməniyə qalib gəldi

img

28-03-2019 [10:45]


Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IX turun matçları başa çatıb.

Oyunlar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Təmsilçilərimizdən 4-ü çıxışını qələbə ilə bitirib, 2-si heç-heçə oynayıb. Eltac Səfərli ermənistanlı Manuel Petrosyanı məğlub edib. O, bu qələbə sayəsində 55-ci yerə yüksəlib. Rauf Məmmədov, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli də turu 1 xalla başa vurub.

Avropa çempionatı

IX tur

Eltac Səfərli (2662) – Manuel Petrosyan (Ermənistan, 2564) - 1:0

Rauf Məmmədov (2701) – Konstantinos Meqalios (Yunanıstan, 2416) - 1:0

Viktor Matvişen (Ukrayna, 2490) - Kənan Qarayev (2368) – 1:0
Duşan Radovanoviç (Serbiya) - Məhəmməd Muradlı (2444) - 0:1

Luja Osmak (Ukrayna, 2399) - Ülvi Sadıqov (2488) - 0,5:0,5

Cahandar Azadəliyev (1863) - Lidiya Tomaşevskaya (Rusiya, 2112) - 0,5:0,5

Metodi Stoynev (Bolqarıstan) - Abdulla Qədimbəyli (2404) – 0:1

Turnir cədvəli: 1. Kasper Piorun (Polşa), 2. Maksim Rotşteyn (İsrail), 3. Vladislav Artemiyev (Rusiya) - hamısı 7 xal, ...55. Eltac Səfərli - 6, ...124. Rauf Məmmədov -5, ...189. Məhəmməd Muradlı, ....204. Ülvi Sadıqov – 4,5, ...236. Kənan Qarayev, ...248. Abdulla Qədimbəyli – 4, ...355. Cahandar Azadəliyev - 3.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR