Milli Şuradan mitinqlə bağlı qərar - Müxalifət aksiyaya hazırlaşır

img

28-03-2019 [10:36]


Milli Şura aprelin 6-da Bakıda "Məhsul" stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, bu barədə Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

O bildirib ki, mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan ibarətdir.

C.Həsənli qeyd edib ki, respublika konstitusiyası və "Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq Milli Şura dinc kütləvi aksiya keçirməyi planlaşdırır və bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR