İsbatovun gizlətdiyi silahlar götürüldü - FOTO

img

28-03-2019 [10:00]


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd "Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürüblər.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR