Millimizin ən yaxşı oyunçuları kimlər olub?

img

27-03-2019 [17:43]


UEFA "Avro-2020"nin seçmə mərhələsinin matçlarından sonra milli komandalarda ən yaxşı oyun keçirən futbolçuların adlarını açıqlayıb.

Mia.az xəbər verir ki, millimizin üzvlərinin reytinqində Riçard Almeyda 354 xalla yığmamızın digər üzvlərini qabaqlayıb.

 287 xalla Bədavi Hüseynov ikinci yerdə, 251 xalla hələlik seçmə mərhələdə yeganə qolumuzun müəllifi Ramil Şeydayev üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, R. Almeyda ümumi sıralamada 174-cü olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR