Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı

img

27-03-2019 [16:40]


Maliyyə Bazarlarına Nəzarət Palatası "Kompensasiya məbləğinin sorğulanması” xidmətinə başlayıb.

Xidmətdən Palatanın saytına daxil olaraq istifadə etmək mümkündür. Palatanın saytının "Problemli kreditlərin həllinə dair məlumat” hissəsində "Kompensasiya məbləğinin sorğulanması” pəncərəsi yaradılıb.

Bank müştərisi adını və parolunu daxil etməklə alacağı kompensasiya məbləğini öyrənə bilər. Keçid üçün link:https://pk.fimsa.az/

"Kompensasiya məbləğinin sorğulanması” xidmətinin işə salınması kompensasiya alacaq vətəndaşların siyahısının hazır olduğuna işarədir.

Bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdiriləcəyi açıqlanmışdı.

Oxu.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub