AMAY rəhbəri obyekti yananlara pulsuz yer təklif etdi

img

26-03-2019 [16:57]


"Diqlas Ticarət Mərkəzində yanğın nəticəsində iş yerlərini itirmiş iş adamlarına yeni ticarət mərkəzi tikilib istifadəyə verilənədək və onlar yeni mərkəzdə iş yerləri ilə təmin edilənədək AMAY ticarət mərkəzində bir il icarə haqqı ödəmədən yerlər götürməyi təklif edirəm".

Bu bəyanatla AMAY Şirkətlər Qrupunun qurucusu, iş adamı Abdulla Abdullayev martın 26-da "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı burada fəaliyyət göstərən iş adamlarına müraciət edib.

A.Abdullayev bildirib ki, yanğın nəticəsində iş adamlarının ağır duruma düşmələri ciddi narahatlığına səbəb olub.

"Mən iş adamlarının düşmüş olduqları durumu anlayır və onları yaxşı başa düşürəm. Bu vəziyyətdə həm iş adamlarının vəziyyətini, həm cənab prezident İlham Əliyevin iş adamlarına daim dəstək verməsini nəzərə alaraq, bu addımı atıram", deyə o qeyd edib.

Martın 26-da "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində yüzlərlə sahibkarın obyektləri yanıb. Dəyən ziyanın miqdarı milyonlarla manat hesablanır.

Turan



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub