Pənah Hüseyndən Əli Nağıyevlə Əli İnsanova sərt mesaj: “Yalan və böhtandır!”

img

26-03-2019 [12:38]


"Əli İnsanovun Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanasının Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmısı və buna görə İnstitutun bir neçə gün soyuqda qaldığı haqqında YAP təsisçilərindən biri, sabiq nazir Əli Nağıyevin açıqlaması cəfəng yalandır və Xalq Cəbhəsi hakimiyyətinə qarşı böhtandır”.

Bunu AXC hakimiyyəti dövründə Baş nazir işləmiş, Azərbaycan Xalq Paartiyasının sədri Pənah Hüseyn bildirib.

"Ümumiyətlə, hər kəsin istənilən hadisədən danışmaq hüququnu qəbul edərək, mən Əli İnsanov tərəfdarlarına, o cümlədən Əli İnsanova Xalq Cəbhəsi hakimiyyəti ilə münasibətlərinin təftişinə girməməyi tövsiyə edərdim. Həm də ona görə ki, həmin münasibətlər həqiqətən birmənalı olmamışdır və bunun indi xatırladılması və təftişi hesab etmirəm ki, onların xeyrinə olar”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş səhiyyə naziri Əli İnsanovun son çıxışları ilə bağlı Demokrat.az-a müsahibəsində bildirib:

"Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktoru işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə İnstitut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi...

... Mən Əli İnsanovla bu cür çətin günlərin dostu olmuşam. İndi mən o çətin günlərin dostluğuna arxa çevirə bilmərəm. Xüsusilə də mən heç vaxt Əli İnsanovla düşmən olmamışam və heç zaman düşmən olmaram!”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR