“Əli İnsanovun siyasi perspektivi yoxdur” - Fəzail Ağamalı

img

25-03-2019 [14:02]


Ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanovun ilk açıqlaması bir sıra müzakirələrə yol açdı. Hakimiyyətə qarşı aqressiv mesajlar səsləndirməsi sabiq naziri xeyli müddətdir gündəmdə saxlayır. 

Əli İnsanovun ətrafında olan bəzi şəxslər isə sosial şəbəkələrdə onu böyük siyasi fiqur kimi təqdim etməyə çalışırlar. Hətta eks-nazirin Qərbi azərbaycanlıların lideri olduğu iddiları da ortaya atılır.

Maraqlıdır, Əli insanov aktiv siyasətdə qalacaqmı, onunla bağlı bu təqdimatlarda məqsəd nədir?

Məsələ ilə bağlı Modern.az-a danışan Ana Vətən Partiyasının sədri, əslən Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalı deyib ki, Əli İnsanovu kimlərin nə məqsədlə şişirtdiyini bilmir:
"Ancaq onu nə qədər şişirsələr də, Azərbaycanın siyasi həyatındakı yeri və rolu sıfıra bərabərdir. Əli İnsanov korrupsioner və mənsub olduğu komandaya xəyanət edən, hakimiyyəti zorla ələ keçirməyə çalışan bir şəxsdir. O, vaxtilə həbs olunanda elədiyi cinayətə görə bağışlanması üçün ölkə prezidentinə yalvarmışdı. İndi həbsxnadan çıxandan sonra özünü aqressiv şəkildə ifadə edir, cəmiyyətə fərqli görünmək istəyir. Onun ətrafında müəyyən səbəblərə görə aiotaj yaratmağa çalışırlar. Lakin mənim tam inamım bundan ibarətdir ki, bu gün Azərbaycan siyasətində Əli İnsanovun yeri yoxdur və heç bir perspektivi də gözlənilmir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq