“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

img

25-03-2019 [10:58]


Xalq artisti Flora Kərimova ilə Nəsiminin "Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşulub.

Mia.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, xalq artisti Kərimovanın Fərmanqızı tərəfindən təhqir olunmasına səssiz qalmayıb.

O, bildirib ki, 50 ildən çox sənəti olan Flora Kərimovanın təhqir olunması mentalitetimizə, milli-mənəvi dəyərlərimizə zidddir: "Bəzən fikirləşirəm ki, bizim ayıblarımızı diktatura rejimi örtürmüş?! Biz indi müstəqil, azad respublikayıq. Bu o deməkdir ki, biz böyük-kiçiyə hörməti itirməliyik?!”.

B. Dadaşova ziyalıları bu məsələdə susmamağa çağırıb: "Buna son qoymaq lazımdır. Səhvimizi tapıb düzəltməliyik”.

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi: "Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.

Sözügedən açıqlamadan sonra A. Fərmanqızı instaqramda Kərimovanın "Qaynana 2” filminin çəkilişi zamanı vannada çəkilən şəklini paylaşaraq tənqidə belə cavab vermişdi: "Bu xanım yaxın günlərdə Faiq Ağayevə sənəti yoxdur dedikdən sonra məni tənqid etməyə başlayıb. Faiq bəy onunla duet oxuyan vaxtı artıq sənətkar idi. Əziz və hörmətli müğənnimiz, bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız”.


VIDEO


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı