Eldar Sabiroğlunun səhhəti qəfil pisləşdi – Təcili Türkiyəyə aparıldı

img

24-03-2019 [20:13]


Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun səhhəti qəfil pisləşib və o təcili Türkiyəyə aparılıb.

Bu barədə məlumatı oğlu, həbsdən yenicə çıxmış Rüfət Səfərov verib. Onun sözlərinə görə, atasının vəziyyəti kritikdi.

R.Səfərov atasının səhhətinin qəfildən pisləşməsinə səbəb kimi bunları deyib: 
"Həbsdə məruz qaldığım heyvani münasibətin təfərrüatına qədər atamı məlumatlandıran dostlardan biri qaş düzəltmək istəyərkən gözün giləsini çıxarıb. Lazım deyildi... Atam çox pis vəziyyətdə xəstəxanaya yerləşdirildi. Vəziyyətin kritik həddi bizi məcbur etdi ki, atam Eldar Sabiroğlunu Türkiyəyə və həkimlərinə etibar edək. Balaca Sabirlə birgə dualar edirəm... Zatən əlimizdən başqa heç nə gəlmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR