Məcburi köçkün həyat yoldaşını baltaladı - Bərdədə DƏHŞƏT

img

23-03-2019 [20:33]


Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Cəyirli kəndində törədilib. Kəlbəcər rayonun Milli kəndindən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır.

Modern.az-ınəldə etdiyi məlumata görə, Şahvələd Nadirxanov həbsdən yeni buraxılıbmış.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı