“Susmağınızın əsas səbəbi qorxudur” – Vəkillər Kollegiyasına ittiham

img

23-03-2019 [20:29]


"Vəkilliyin problemləri həmişə məni narahat edib, bu gün də həmin problemlər aktualdır. Mənim Vəkillər Kollegiyası (VK), onun Rəyasət Heyəti və sədri ilə heç bir şəxsi problemim yoxdur”.

Mia.az-ın məlumatına görə, bu sözlər vəkil Adil İsmayılova məxsusdur. Vəkil bildirib ki, bu gün VK-da olan vəziyyət göz qabağındadır:

"Mənim VK-ya, ordakı vəziyyətə qarşı çıxmağım doğrudan ilk baxışdan başa düşülən deyil. Mən Azərbaycanın ən firavan yaşayan, cəmiyyətdə sayılıb-seçilən, hüquq mühafizə orqanlarında, məhkəmələrdə nüfuzu olan, sözün hər mənasında problemsiz, loyal, peşəkar vəkillərindən biriyəm (hər halda mən belə hesab edirəm). Üstəgəl rəhbərliklə də canbrat görünürdüm, addımbaşı üzümə vurduqları, istəmədiyim halda verdikləri "Fəxri Fərman”ım da vardı.

Suala cavab axtararkən son illərdə yazdığım statuslara təkrar baxmaq və bəzilərini yenidən paylaşmaq qərarına gəldim. 30 sentyabr 2016-cı ildə yazmışdım " Dostlar! Statuslarınızı saxlayin! Onlar diaqnoz qoymaq üçün psixiatrınıza lazım ola bilər." Bu nəticəyə gəldim ki, özümə xas olmayan heç nə etməmişəm. Bir müddət öncə paylaşdığım statusda nə istədiyim sualına 22 sentyabr 2013-cü ildə yazdıqlarımla cavab vermişəm. Həmin yazıda bir bənd belə idi: "dünyanın ən ləyaqətli peşələrindən olan vəkillik peşəmdən zövq almaq istəyirəm, cəmiyyətdə qabiliyyətimə və səviyyəmə uyğun yer tutmaq və buna uyğyn təminat istəyirəm”. Bundan bir müddət sonra 11 fevral 2016-cı ildə "Allah heç kimin işini, içi mən qarışıq , Azərbaycan vəkilinə salmasın. İndi başa düşürəm ki, millət niyə vəkilə müraciət etmir.Elə düz də edirsiniz, türklər demiş, imkanınız varsa yarıtmaz vəkil tutmaqdansa elə hakim tutun ... ” yazmışdım.

Düz bir ay əvvəl paylaşdığım "Allahım məni vəkilimdən qoru. Prokurorla, hakimlə özüm dil taparam...” statusumun 360 nəfər tərəfindən bəyənilməsi vəkilliyin "nüfuzunun" əyani göstəricisidir. Barmaqla sayılacaq 5-10 kollegiyamın vəkilliyin artmaqda olan nüfuzu barəsində dedikləri əksəriyyət tərəfindən istehza və rişxəndlə qarşılanır. Bir aydan artıq vaxt keçməsinə baxmayaraq VK-nın rəhbərliyi mənim suallarıma cavab verməkdən yayınır.

Etiraf edin ki, "susmağınızın əsas səbəbi qorxudur, qalanı bəhanədir”. Hesab edirəm ki, VK-dakı problemlərin sosial şəbəkədə müzakirəsi hamımıza lazımdır. Bayramdan əvvəl VK sədrinə əlavə bir neçə sual da ünvanlamışam. Əminəm ki, bütün suallarıma cavab alacam. Bayram günlərində heç kimi narahat etmək istəmədiyim üçün bir müddət ara verməyə qərar vermişdim. İstirahət günlərindən sonra daha əzmlə və inadkarlıqla başladığım işi başa çatdıracam”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq