Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasının Tarif Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarına əsasən vəzifələr üzrə test imtahanında 1 iştirak üçün qiymətlər müəyyənləşdirilib.
Mia.az-ın məlumatına görə, dövlət qulluğunun test imtahanlarında iştirak üçün qiymət artırılıb.
Belə ki, Dövlət İmtahan Mərkəzinin saytında qeyd olunan məlumata görə, aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq ediləcək. Nəticə olaraq qiymətlər aşağıdakı kimi olacaq:
• AA - 130 AZN
• AB - 118 AZN
• AC - 106 AZN
• BA - 94 AZN
• BB - 83 AZN
Qeyd edək ki, bundan öncəki qiymətlər belə idi:
• AA vəzifə qrupu 110
• AB vəzifə qrupu 100
• AC vəzifə qrupu 90
• BA vəzifə qrupu 80
• BB vəzifə qrupu 70