"Azərbaycanla matçda nəticə daha yaxşı ola bilərdi" - Xorvatiya prezidenti

img

22-03-2019 [11:37]


Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması Azərbaycanı 2:1 hesabı ilə məğlub edib.

Matçı izləyənlər arasında Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç də olub. O, oyunla bağlı qeyd edib ki, Azərbaycanla matçda nəticə daha yaxşı ola bilərdi:

"Amma seçmə mərhələnin ilk oyunudur. Buna görə hər şey qaydasındadır. Hamı gördü ki, futbolçularımız meydanda dominantlıq edirdi. Lakin imkanlardan yararlanmırdıq. Rəqib isə iki şansdan birində qol vurdu. Fikrimcə, bir az daha da aqressiv olmalıyıq. Hamınız bilirsiniz ki, hər zaman "Risk yoxdursa, qazanc da olmayacaq” fikirlərini söyləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq