Deputatdan nazir olmaq istəyi haqda xəbərlərə reaksiya: “Oqtay Şirəliyevlə danışmışdıq...”

img

22-03-2019 [11:01]


Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov səhiyyə naziri olmaq istəməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, deputat Reporta müsahibəsində bu kimi xəbərlərin son 1 il ərzində tez-tez ortaya çıxdığını qeyd edib.

"Bu proses deputat olduqdan sonra başladı. Yazılanların 5 faizi belə həqiqət deyil. Nazir olmaq söhbəti heç müzakirə mövzusu olmayıb. Ciddi bir vəzifəm var, həkiməm. Dövlətimə təşəkkür edirəm ki, şərait yaradıb, fəaliyyət göstərirəm. 31 yaşımda elmlər namizədi olmuşam, beynəlxalq konfranslarda iştirak etmişəm, həm öz sənətimin, həm də bütövlükdə Azərbaycan səhiyyəsinin tanıdılması istiqamətində fəaliyyətim olub. Açığı, yazılanlara vaxt ayırmağa zamanım olmayıb.

Düşünürəm, bu cür yazılar deputat seçildikdən sonra ortaya çıxdı. Deyib, günaha da girmək istəmirəm, bilərəkdən olurmu, ya yox, bilmirəm. Səhiyyə naziri Oqtay Şirəliyevlə də bu mövzu ətrafında söhbət etmişik. Yazılanlara, sadəcə, gülmüşük…

Fürsətdən istifadə edib deyirəm ki, bu cür iddialarla məni məşğul edirlər, problemlərlə üzləşdirirlər. Digər tərəfdən hansısa vətəndaşın vəzifə iddiası varsa, bu, ayıb bir şey deyil. Buna görə kimsə günahkar sayıla bilməz. Bununla yanaşı, mənim qəti şəkildə belə bir iddiam yoxdur. Yazırlar ki, "Bu cür qərarlar var imiş, qarşısı alınıb”, doğru deyil, belə söhbət olmayıb. Bu günə qədər açıqlama verməyə ehtiyac görməmişəm. Hər bir vətəndaş, deputat tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir. Mən də indiyədək nə tapşırılıbsa, şərəflə yerinə yetirməyə çalışmışam”.


Digər xəbərlər
SON XƏBƏRLƏR