Nəsimi rayonunda Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

img

21-03-2019 [16:44]


Novruz xalq bayramıdır. Yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzidir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edir. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə Zabitlər parkında növbəti bayram şənliyi keçirilmişdir.

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.



Digər xəbərlər
SON XƏBƏRLƏR