Partiya sədri Azərbaycan xalqını təbrik edib

img

20-03-2019 [10:02]



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur: 

"Əziz xalqım! Bu gün Azərbaycanın milli bayramıdır. Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram! 

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır.

Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Bayramınız mübarək".




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı