"...bəyanatı onu göstərir ki, o, islah olunmayıb" - Əli Əhmədov İnsanovdan danışdı

img

19-03-2019 [20:17]


"Əli İnsanovun azadlığa çıxması bilavasitə prezidentin şəxsi təşəbbüsüdür”.

Mia.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Əli İnsanovun azadlığa çıxması barədə hər hansı beynəlxalq təşkilat, dövlət Azərbaycan hökuməti qarşısında vəsatət qaldırmayıb:

"Əli İnsanovun pis bir bəyanatı, onun guya azadlığa çıxmasında hansısa dövlətlərin xidmətləri olması haqqında fikirlər səsləndirməsi ona edilən yaxşılığı dərk etməməsinin nəticəsidir. Əfv sərəncamı prezidentin humanizmini göstərir. Digər tərəfdən sərəncam insanın islah olunduğuna inamı ifadə edir. Amma Əli İnsanovun bəyanatı onu göstərir ki, o, islah olunmayıb. Buna çox təəssüf edirəm. İnsanovun etdiyi səhvləri başa düşməsi üçün kifayət qədər yaşı var. Bundan qabaq etdiyi səhvlər onun üçün nəticə olmalıdır, prezidentin humanizmini dəyərləndirməlidir. Əgər edə bilmirsə, bu onun hansı insani və mənəvi keyfiyyətlərə malik olduğundan xəbər verəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR