Azərbaycanda bu nazirlik ləğv ediləcək - Yeni qurum yaradılır

img

19-03-2019 [22:46]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yenə müsabiqə-yarış təşkil edir Bu dəfə Dronlar üzrə Olimpiada keçirəcək.

MIA.az xəbər verir ki, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz nazirliyin belə bir müsabiqə keçirməsinin anlaşılmaz olduğunu deyib. O, bildirib ki, bir-iki ay bundan öncə dronların gətirilməsi və istifadəsi üçün elektron formada müraciət və icazənin verilməsi səlahiyyəti NRYTN-ə verilib: 

"Mövcud qanunvericiliyə görə dronların gətirilməsi üçün xüsusi icazə tələb olunur və NRYTN bunu daha 3 nəhəng dövlət qurumu ilə, DTX, MN və XDMX ilə razılaşdırmalıdır. Anlaşılmazlıq ordadır ki, NRYTN bir yandan istifadəni məhdudlaşdırır, digər tərəfdən də bu istiqamətdə keçirilən müsabiqəyə təşkilatçılıq edir”.

O. Gündüz bildirib ki, müşahidələr göstərir ki, NRYTN tənzimləyici fuksiyalardan xeyli uzaqlaşıb, daha çox kommersiyaya və adi, primitiv və imitasiya xarakterli tədbirlərə və müsabiqələrə üstünlük verir: 

"Ciddi məsələlər, tənzimləmə tələb edən məsələlər, hazırlanmalı olan qaydalar qalıb bir kənarda. Strateji Yol Xəritəsinə görə 2020-ci ildə İKT sektorunda tənzimləyici funksiyanı reallaşdırmaq üçün NRYTN -in ləğv edilməsi və müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması gözlənilir. Amma bunun üçün indidən hazırlıqlar görülməlidir. Beynəlxaq təcrübə öyrənilməli və yerli qanunvericilik buna hazırlanmalıdır. Bu istiqamətdə hansı işlərin görüldüyü haqqında hələlik ciddi mesajlar yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı