Nazarbayev istefa verdi

img

19-03-2019 [17:31]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib. 

Mia.az xəbər verir ki, bu barədə dövlət başçısı özü xalqa müraciətində bildirib. 

"Mən prezident kimi səlahiyyətimi başa vurmaq qərarını aldım”, -deyə Nazarbayev dövlət televiziyasının canlı efirində bildirib. 

"Bu il bu yüksək postu tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını vermişdi”, eks-prezident qeyd edib. 

Məlumat üçün bildirək ki, Qazaxıstan qanunvericiliyinə görə, prezidentin vaxtından əvvəl vəzifəsindən getdiyi halda onun səlahiyyətlərini spiker icra edir. 

79 yaşlı Nursultan Nazarbayev Qazaxıstanın ilk və tək prezidenti olub. Onun hazırkı prezidentlik dövrü 2020-ci ilin aprelində başa çatacaqdı. 

2007-ci ildə parlament Nazarbayevə müddətsiz bu posta təyin edilmək haqqı tanımışdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq