Şriftin ölçüsü / 125 dəfə oxunub

“Azərenerjİ” ilə “Azərİşıq” gücləndirilmiş iş rejimində çalışacaq

19 Mart 2019 [15:16]

Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar "Azərenerji” və "Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Hər iki qurumun Mia.az-a daxil olan birgə məlumatında bildirilir ki, bu məqsədlə enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərenerji” və "Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

"Azərenerji” və "Azərişıq” ASC-lər Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır.




SON XƏBƏRLƏR