19-03-2019 [11:31]
İqtisadçı ekspert Samir Əliyev "Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəyə təklif olunan dəyişikliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların göstərdikləri xidmətlərin qiymətinə müdaxilə etmək hüququnu şərh edib.
Mia.az xəbər verir ki, S. Əliyev qeyd edib ki, "Banklar haqqında” qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, Palata bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddini müəyyənləşdirəcək: "Halbuki hazırda qüvvədə olan qanunvericilik imkan verir ki, bütün bunları kredit təşkiları sərbəst olaraq müəyyənləşdirsin. Palata rəsmisi müzakirələr zamanı bu dəyişikliyi vətəndaşların sosial rifahının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının qorunması baxımından əhəmiyyətli sayaraq onun kredit faizlərinin aşağı salmasına gətirib çıxaracığını bildirib.
İlk baxışdan bu addım cəlbedici görünə bilər, ancaq problemin həlli üçün uğurlu mexanizm deyil. Təbii olaraq Palata rəsmisinin gözləntisi də özünü doğrultmayacaq.
Bu yerdə haşiyəyə çıxaraq qeyd edim ki, təəssüf ki, son dövlər Palatanın maliyyə bazarında tənzimləmə tədbirləri bank sektorunun inkişafına problemlər yaradır. Palatanın lüzumsuz yoxlamalarından, məhdudlaşdırıcı tədbirlərindən, pul köçürmələrində əlavə icazə tələblərindən nəinki kredit təşkilatları hətta sahibkarlar da əziyyət çəkir. Üstəgəl Palatanın banklara göstərdiyi xidmətlərin müqabilində onlardan yığdığı dövri ödənişlər və yığımlar bankların kredit xərclərini artırır. Məsələn, təkcə bankların hər il Palataya ödədikləri dövri ödənişlərin həcmi təxminən 12 milyon manatdan çoxdur. Bura digər ödənişləri də əlavə etsək bankların əlavə xərclərinin artdığını və bu xərclərin kredit faizlərində oturduğunu görərik. Palata getdikcə səlahiyyətlərini artıraraq az qala Mərkəzi Bankın səlahiyyətlərinə də girişməyə başlayıb”.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda kredit faizlərinin yüksək olması heç kimə sirr deyil və bu, dəfələrlə ekspertlər tərəfindən vurğulanıb: "Kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Statistik təhlil göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78%-ə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60% civarında olub. Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda spred (kredit və deposit faizləri arasındakı fərq) 5% civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq. Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir. Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər.
Bundan başqa, girov mexanizmlərinin mürəkkəbliyi, məhkəmə qərarlarının qeyri-obyektivliyi, real sektorda riskin yüksək olması kimi problemlər aradan qaldırılmalıdır. Bu problemləri həll etmək əvəzinə inzibati yolla xidmətləri tənzimləmək fayda verməz.
Ölkədə əgər bazar münasibətləri varsa, bu halda iqtisadiyyatın pulla təminatı da bazar alətləri və institutları vasitəsilə təmin edillməlidir. Dövlətin müdaxiləsi birbaşa yox iqtisadi rıçaqlar vasitəsilə olmalıdır. Onsuz da sahibkarlıqda özəl sektorun rolu getdikcə azalır, dövlət isə prosesdə ya birbaşa, ya da qiymətləri inzibati qaydada tənzimləmək yolu ilə iştirak edir. Belə şəraitdə dövlət büdcəsinin yükü artır, vəsaitlərdən istifadənin şəffaflığı və səmərəliliyi azalır, rəqabət mühiti pozulur.
Təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub. Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də (arayışın və ya hesabdan çıxarışın verilməsi və s.) əlavə haqq tələb edilməsi müşahidə edilir. Belə hallar Qanuna dəyişiklik etmək istəyənlərin mövqeyini gücləndirir. Ancaq ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın. Kredit faizləri isə ancaq iqtisadi riçaqlar vasitəsilə aşağı salına bilər. Kim zəmanət verə bilər ki, sabah ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək? Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin. Əks halda, bu addım kredit faizlərini aşağı salmadan bank sektoru üçün ciddi problemlər yarada bilər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb