“Lotu Quli”nin adamları belə saxlanıldı - Video

img

19-03-2019 [10:53]


Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

Dəstəyə "Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan "Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və "Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib.

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və "Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR