18-03-2019 [23:24]
Prezident İlham Əliyevin martın 16-da imzaladılğı əfv sərəncamında Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan 6 nəfərin də adı yer alıb.
Həmin şəxslər dünən müəssisədən azadlığa buraxılıb. Sərəncamın icrası prosesində jurnalistlər və media nümayəndələri də iştirak edib.
Qanunvericiliyə əsasən, əfv olunma bir qayda olaraq barəsində qanunu qüvvəyə minmiş hökm olan şəxslərə şamil edilə bilər. Barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olan şəxslər isə Bakı İstintaq Təcridxanasında saxlanılmır, apellyasiya instansiyanın qərarından sonra cəzaçəkmə müəssisələrinə köçürülür. Belə olan halda, BİT-dən azadlığa buraxılan şəxslər kimdir?
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələyə aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər təsərrüfat işlərinin görmək üçün BİT-də saxlanan məhkumlar idi: "Qanunvericiliyə görə, cəzası 5 ilə qədər olan şəxslər barələrindəki hökm qanuni qüvvəyə minəndən sonra öz arzuları ilə istintaq təcridxanasında saxlanıla bilər. Onlar təsərrüfat briqadasının tərkibində müxtəlif – yemək bişirmək, ərazinin abadlaşdırılması, süpürmək və s. bu kimi işləri yerinə yetirirlər. Son əfv sərəncamına əsasən buraxılan şəxslər də həmin təsərrüfat briqadasında olan adamlar idi”.
Yada salaq ki, martın 15-də azadlığa buraxılan keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov Bakı İstintaq Təcridxanasında saxlanılırdı. O, cəza müddətinin bitməsinə 7 ay qalmış Sabunçu rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Vidadi Zeynalovun da istintaq təcridxanasında sözügedən işləri görüb-görməməsi ilə bağlı sualımıza cavab olaraq Mehman Sadıqov deyib ki, təsərrüfat briqadasında olan şəxslərin hamısı bu işlərə cəlb edilir.
Vidadi Zeynalov və keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər vəzifəli şəxsləri 2015-ci ilin noyabr ayında həbs edilib. Onlara 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsi ilə bağı ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalova 13 il azadlıqdan məhrumetmə cəzası verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb.
Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlaklarının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.
Bizimyol.info
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub