Fizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - Fotolar

img

18-03-2019 [20:25]


Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, tanınmış iş adamı Fizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərini sevindirib.

"İnter-sever” şirkətlər qrupunun prezidenti, xeyriyyəçi iş adamı Fizuli Məmmədovun təşkilatçılığı ilə martın 17-də Bakıdakı restoranlardan birində keçirilən Novruz şənliyində daha 3 nəfər Qarabağ qazisinə yeni mənzillərin sənədləri təqdim olunub.

Qarabağ qazilərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı Novruz şənliyində Fizuli Məmmədovla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mənzillərin açarlarını Qarabağ qazilərinə təqdim ediblər.

Qeyd edək ki, tədbirdə Fizuli Məmmədovun xeyriyyəçilik təşəbbüsü təkcə Qarabağ qazilərinə mənzil verilməsi ilə yekunlaşmayıb. Daha 15 tədbir iştirakçısına televizor və digər qiymətli hədiyyələr də təqdim olunub.

Tədbirin aparıcısı isə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı olub.

Onu da xatırladaq ki, Fizuli Məmmədov bundan əvvəl də neçə-neçə Qarabağ qazisinə mənzil hədiyyə edib, onların digər problemlərinin həllinə köməklilər göstərib.

Fizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi
Fizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi
Fizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi

Digər xəbərlər
SON XƏBƏRLƏR