Bakı Mühəndislik Universitetdə Karyera sərgisi keçirilib

img

18-03-2019 [20:15]


Bakı Mühəndislik Universiteti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə "Karyerada ilk addım” devizi altında əmək sərgisi keçirilib. BMU-da keçirilən sərgidə 73 müəssisə tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 543 iş yeri və 26 təcrübə proqramı təklif edib.

Sərgidə "SOCAR”, "Veysəloğlu Şirkətlər Qrupu”, "Beynəlxalq Bank”, "Kapital Bank”, "Azercell”, "Bakcell”, "Nar”, "Gilan Holdinq”, "KPMG”, "EY”, "Azər-Türk Bank”, "Avrora”MMC, "Azertexnolayn” MMC, Sumqayıt Texnologiya Parkı” (STP), müxtəlif banklar, habelə digər dövlət və özəl şirkətlər vakant iş yerləri ilə təmsil olunub.

Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov, BMU-nun rektoru professor Havar Məmmədov, eləcə də dövlət və özəl müəssələrin nümayəndələri iştirak edib.

Sərgi ilə tanış olan BMU-nun rektoru, professor Havar Məmmədov qeyd edib, universitetdə vaxtaşırı tələbələrin istehsalat müəssisələri və müxtəlif şirkətlərin nümayəndələri ilə görüşləri keçirilir. Bugünkü tədbir də həmin silsilədən olan görüşlərdən biri olmaqla yanaşı, həm də bakalavr və magistr tələbələrinin istehsalat müəssisələri ilə əlaqələrini genişləndirmək yolunda əsaslı addım atmasına kömək edir. Tədbir tələbələrin işlə təmin olunması ilə yanaşı onların gələcəkdə keçəcəkləri istehsalat təcrübəsi istiqamətlərini müəyyənləşdirməyə də kömək edir. 570-dən artıq tələbə və məzunun iştirak etdiyi sərgidə dövlət və özəl şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr tərəfindən təklif olunan vakansiyalar haqqında iştirakçılara ətraflı məlumat veriblər. İşə düzəlmək arzusunda olan 241 gənc CV-lərini vakant yerlər üzrə müəssisələrə təqdim ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR