warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 308 dəfə oxunub

Deputat Fəzail Ağamalı: "İnsanov onları ətrafına yığacaq potensialda deyil"

18 Mart 2019 [15:50]
"Əli İnsanov İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi”.

Bunu deputat Fəzail Ağamalı deyib.

 O bildirib ki,  Azərbaycan demokratik ölkədir və kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər,  Əli İnsanov da seçimində müstəqildir: 

"Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə "hakimiyyəti zorla keçirmək layihəsi” içərisində yer alıbsa, buna görə ona heç kim "sağ ol” deməli deyildi. Cəzasını aldı, indi çıxıb.

Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan da Əli İnsanov da istisnalıq təşkil etmir”.

Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi kimi yaddaşlarda qalıb:

"Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdu.  Əli İnsanov Qərbi azərbaycanıları ətrafına yığacaq bir potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdu. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yarada bilər. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq  birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir”.

Modern.az


SON XƏBƏRLƏR