warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 297 dəfə oxunub

"Artıq inanmışdım ki, ömrümün sonuna qədər həbsdə qalacağam" - İnsanovdan daha bir açıqlama

18 Mart 2019 [13:16]
"Mən başqa məhbuslar haqda heç nə deyə bilmərəm.  Amma birmənalı deyə bilərəm ki, Azərbaycandaklı siyasi məhbusların azad olunmasında Amerikanın, Amerika Konqresinin, Avropanın müstəsna rolu var”.

Bunu BBC-yə müsahibəsində ötən gün həbsdən azad olunan keçmiş səhiyyə naziri Əli İnsanov deyib. 

O, bildirib ki, xarici təzyiq, tələb olmasa, bu gün Əli İnsanov azadlığa buraxılmazdı: "Mümkün deyil. Azəbaycan iqtidarı heç vaxt fikirləşməyib ki, məni azdlığa buraxsın. Bu heç vaxt İlham Əliyevin fikrində olmayıb. Heç vaxt... 

Mən artıq inanmışdım, belə qənaətə gəlmişdim ki, ömrümün sonuna qədər həbsdə qalacağam. Təsəvvür edin, 11 ildən sonra mənim cibimə narkotik qoyub 7 il əlavə həbs verirlər. 7 ildən sonra da başqa bir bəhanə ilə daha 7 il verə bilərdilər. Bu da mənim üçün ömürlük demək idi”. 

Əli İnsanov yaxın günlərdə mətbuat konfransı keçirərək jurnalistləri maraqlandıran suallara cavab verəcəyini bildirib.

Millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya bildirib ki, prezident İlham Əliyev üçün "kiminsə siyasi mənsubiyyəti, kiminsə hansısa siyahıda olub-olmaması" əhəmiyyət daşımayıb və törətdiyi əməldən peşmançılıq çəkən, cəmiyyət üçün artıq təhlükəli olmayan məhbuslar əfv komissiyasının süzgəcindən keçərək azadlığa buraxılıblar.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə, parlament seçkilərindən öncə həbs olunub. O, əvvəlcə dövlət çevrilişində ittiham edilib, lakin iki il sonra o, iqtisadi cinayətlərdə suçlandırılıb. 11 il azadlıqdan məhrum edilən Əli İnsanov cəzasının bitməsinə az qalmış ona yenidən ittiham irəli sürülüb və məhkəmə qərarı ilə Əli İnsanov daha 7 il həbs cəzası alıb.


SON XƏBƏRLƏR