18-03-2019 [11:38]
"Azərbaycan dövlət-din münasibətlərində özünəməxsusluğu ilə hər zaman seçilib. Ölkə başçısı tərəfindən də mütəmadi olaraq belə humanist addımlar atılır və əfv sərəncamları imzalanır”
Mia.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli prezidentin əfv sərəncamının bir qrup dindara da şamil olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu dəfəki əfv sərəncamının əhatə dairəsi daha geniş idi:
"Bayram ərəfəsində belə bir əfv sərəncamının verilməsi çox sevindiricidir. İnsanlar öz ailələrinə qovuşur. Bu sevinci də görməmək mümkün deyildi. Bunlar həm də cəmiyyətdə radikallaşmanın qarşısını alan bir addımlardır. Belə humanist addımlar insanları hansısa qırğın yaradan düşüncələrdən uzaqlaşdırır, onları barışa dəvət edir. Ona görə də hər bir halda belə əfvlər təqdirəlayiqdir. İnanclı insanların sayının bu dəfəki əfv sərəncamında çox olması müsbət bir haldır. Ona görə də, sərəncam inanclı insanlar tərəfindən çox yüksək dəyərləndirilir”.
İlahiyyatçı həmçinin bir qrup dindarın əfv edilməsi üçün Şeyxülislam Hacı Allahşükür Paşazadənin prezidentə müraciət etməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, əfv sərəncamlarının imzalanması səlahiyyəti müstəsna olaraq cənab prezidentə aiddir:
"Şeyx həzrətləri də Əfv Komissiyasının üzvü kimi təkcə inanclı insanlarla bağlı yox, ən müxtəlif məhbuslarla bağlı ərizələrin komissiyaya təqdim olunması üçün vasitəçi olur. Həmin məhbusların əfv edilməsi ilə bağlı prezidentə müraciət edilir. Təbii ki, məhbuslar və onların valideynləri Qafqaz Müsəlmanları İdarəsinə də müraciət edir. Bir cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdi. Bu zaman bir neçə məhbus mənə yaxınlaşdı. Onlar əfv üçün müraciət etmək istədiklərini bildirmişdilər. Biz də o istiqamətdə məhbuslara müəyyən məsləhətlərimizi verdik. Bu birbaşa şeyxin Əfv Komissiyasına müraciəti vasitəsilə həyata keçirilib. Elə hallar da olur ki, məhbuslar əfv müraciətlərinin şeyx həzrətlərinə çatdırılması üçün müraciət ediblər. Mən də o müraciətlərin şeyx həzrətlərinə çatdırılmasında əlimdən gələni etmişəm”.
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib