“Qalatasaray” qalib gəldi, “Başakşəhər” xal itirdi - Türkiyə superliqası

17-03-2019 [23:45]
Futbol üzrə Türkiyə Superliqasının 26-cı turunun oyunları keçirilib. Lider "Başakşəhər” səfərdə "Kayserispor” ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, "Kadir Has” stadionunda baş tutan oyunda hesabı 20-ci dəqiqədə meydan sahiblərinin hücumçu Şamil Cinaz açıb. Qarşılaşmada son nöqtəni oyunun vaxtına əlavə olunan dəqiqələrdə Emmanuel Adebayor qoyub. O, 11r metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 1:1. 

Bu bərabərlikdən sonra "Başakşəhər” 58 xalla turnir cədvəlində öz liderliyini qoruyub saxlayır.

Türkiyə Superliqasında XXVI turunun digər qarşılaşmasında "Yeni Malatyaspor” öz meydanında "Ankaragücü”nü 3:1 hesabı ilə məğlub edib.

 Digər İstanbul təmsilçisi "Qalatasaray” isə səfərdə "Bursaspor”a 2-3 hesabı ilə qalib gəlib. Bununla da "Qalatasaray" xalını 52-yə çatdıraraq, lider "Başakşəhər"lə aradakı fərqi 6-ya endirib.


SON XƏBƏRLƏR