warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 165 dəfə oxunub

Zakir Həsənov valideynlərlə görüşdü - Bəzi məsələlərin həlli ilə bağlı göstərişlər verdi

17 Mart 2019 [17:38]
Martın 17-də Novruz bayramı ərəfəsində hərbi hissələrdə əsgər valideynləri və yaxınlarının, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin iştirakı ilə "Açıq qapı” günü keçirilib.

Mia.az MN-ə istinadla xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti hərbi hissələrdən birində keçirilən "Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak ediblər.

Tədbirdə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.

Nazirliyin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinləyən Müdafiə naziri bir sıra məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.

Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.



SON XƏBƏRLƏR