"Onların siyası məhbus adı ilə qurduqları xəyallar da dağıdılıb puç oldu" - Partiya sədri

17-03-2019 [15:35]
Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev bu gün 431 nəfər məhkumu əhatə edən əfv sərəncamı imzalayıb.İmzalanan əfv sərancamı ölkədə demokratik dövlətin öz vətəndaşlarına qarşı humanist mövqe göstəricisin nümunəsidir.Bu baxımdan hesab edirəm ki,dövlət başçısı yenidən o insanlara azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilmə imkanı verib.

Bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasınının sədri Hafiz Hacıyev əfv sərancamını şərh edərkən bildirib. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir.Bəli, özünü yalandan müxalifət adlandırıb adlarını siyasi məhbus qoyanlar da vardı!Həmin şəxslər ki, hər zaman xaricdən dəstək alıb ölkəmizi biyabır edirdilər.

Lakin ,Cənab Prezidentin atdığı bu addım göstərdi ki, o heç bir ayrı seçkiliyə yol verməyərək onları da bağışladı.Indi bizim bəzi ”partiya sədirləri” bunu yozurlar ki, guya bunlar bir mitinq etdilər prezident də onları bağışladı.Bu əsla belə deyil , onların mitinqinə beş on nəfər güclə gəlirdi.Axı kimdir onlar ,xalq hər şeyi bilir və öz seçimini hər zaman edibdir!Artıq onların siyası məhbus adı ilə qurduqları xəyallar da dağıdılıb puç oldu.

Azərbaycan Prezidenti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşmışdır.Humanizm siyasəti ənənələrinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib.Odur ki biz bu "siyasi şarlatanlara” imkan verməməliyik prezidentimizin ətrafında sıx birləşməliyik.Hesab edirəm ki, Azərbaycan Prezidentinin son əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir. Bu sərəncamla əfv olunanlar isə dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini qiymətləndirməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər.



SON XƏBƏRLƏR