warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 270 dəfə oxunub

"Həbsdə çoxlu qadınlar var, onların azadlığa buraxılması üçün də çalışacam" - Gözəl Bayramlı

17 Mart 2019 [13:39]

Bazar günü prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamının icrasına başlanıb.

İki il həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxılmasında əməyi olan hər kəsə təşəkkür edib.

Həbsindən qabaq hakimiyyəti sərt tənqidinə görə xəbərdarlıq aldığını deyən Gözəl Bayramlı iki il ailəsindən, yaxınlarından uzaq qalmasının, cəmiyyətdən təcrid edilməsinin "xoş bir hal" olmadığını deyib.

"Amma bir daha əmin oldum ki, insan mübarizənin bütün mərhələlərində öz mətinliyini, öz cəsarətini qoruyub saxlamalıdır. Mən də digər siyasi məhbuslar kimi mətinliyimi qorudum və elə bu saatlardan da öz siyasi fəaliyyətimə qayıdacam".

O, BBC News Azərbaycancaya açıqlamasında deyib ki, siyasi fəaliyyətinə daha bir istiqamət əlavə olunub.

"Həbsdə çoxlu qadınlar var, mən onların azadlığa buraxılması üçün də çalışacam", Gözəl Bayramlı bildirib.



SON XƏBƏRLƏR