Eldar Sabiroğlunun əfv edilən müstəntiq oğlu: "Bundan sonra cəmiyyət üçün faydalı işlər görəcəm"

17-03-2019 [13:01]
"Bu, qarışıq hissdir. Əfv sərəncamına çox sevindim".

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan sabiq müstəntiq Rüfət Səfərov deyib.

"3 il əvvəl həbs edilmişəm və 3 ildən sonra azadlığa qovuşdum. Azadlıq hissi çox gözəldir. İstərdim ki, bu hissi bütün məhkumlar yaşasın. Bundan sonra cəmiyyət üçün faydalı işlər görəcəm".

Qeyd edək ki, Rüfət Səfərov Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğludur.


SON XƏBƏRLƏR