17-03-2019 [09:01]
Nazirlər Kabineti "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsihaqqında” qərarında dəyişikliklər edib.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsinə edilən dəyişikliklərə əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə yeni vəzifələr verilib.
Beləliklə, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin vəzifələri sırasına daxil edilib. Artıq Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin vəzifələrinə Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək, əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək də daxildir.
İndiyə qədər Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında Gqli Mülkiyyət Agentliyinətəkliflər verib. Dəyişikliyə əsasən bundan sonra Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi özü aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması barədə qərar qəbul edəcək.
Qüvvədə olan Nizamnaməyə əsasən, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, fəaliyyət istiqamətlərinə uyğun olaraq işlər görür, xidmətlər göstərir və ödənişlər alır (rüsum və haqlar ödənilməsi nəzərdə tutulan xidmətlər istisna olmaqla). Dəyişiklik Mərkəzin təqdim etdiyi xidmətlərin qiyməti ilə bağlıdır. Başqa sözlə, Mərkəzin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid olmayacaq.
İndiyə qədər Mərkəzin saxlanma xərcləri və fəaliyyəti rübdə bir dəfə Mərkəzin Nizamnamə fonduna qoyulmaqla Agentlik tərəfindən maliyyələşdirilib. Həmin vəsait Nizamnamə fondunun artırılmasına yönəldilməyib və rüb ərzində Mərkəzin saxlanma xərclərinə və fəaliyyətinə yönəldilib. Bundan sonra isə Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti Agentlik tərəfindən, eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdiriləcək.
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb