warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 117 dəfə oxunub

İcra başçısı əsgərlərlə bir arada - Nəsimi İH-dən xeyirxah addım + FOTOLAR

16 Mart 2019 [19:56]
Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Müdafə Nazirliyinin Bərdə korpusunun "N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gedib.

Nəsimi rayon İcra Hakimiyyətindən Mia.az-a  verilən məlumata görə, rayon ictimaiyyəti nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissədə xidmət edən gənclərlə görüşüb, onların xidməti və məişət şəraiti ilə yaxından tanış olublar.

 Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayib.

Natiq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb. 

Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə əsgərlərimiz üçün böyük konsert proqramı təşkil olunub.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.









SON XƏBƏRLƏR