Fransanın paytaxtı yenidən atəşə verildi - Xeyli maşın və mağazaya od vuruldu

img

16-03-2019 [16:14]


"Sarı Jiletlilər" Fransanın paytaxtını bu gün yenidən atəşə veriblər.

Mia.az xarici mətbuata istinadən bildirir ki, paytaxt Parisdə 1500 nəfəri radikal olmaqla, 8000-dən çox insan küçələrə çıxıb.

Məlumata görə, etirazçılar paytaxtda xeyli maşın və mağazalara od vurublar.  Bəzi  mağazalar isə yağmalanıb.

Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axşama doğru paytaxtda şiddət arta bilər: "Hazırda etirazçıların dağıdıcı hərəkətlərinin qarşısını almaq üçün bəzi küçələr apadılıb".

Nazirlik hələlik həbslərin olmadığını da bildirib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR