Müdafiə Nazirliyində NATO-nun ekspertlər qrupu ilə işçi görüşü oldu - FOTO

16-03-2019 [15:42]
Bakıda Azərbaycanın NATO ilə "Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri” sənədinin Azərbaycan Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi, əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində uzunmüddətli perspektiv planlar, eləcə də qarşılıqlı fəaliyyətin artırılması məsələləri müzakirə olunub.


SON XƏBƏRLƏR