"Afaqı tələbələrin qarşısına çıxarmaq nə deməkdir? - Ekspertdən reaksiya

16-03-2019 [13:54]

"Baş verən hadisələr onu göstərir ki, təhsil adına heç bir addım atılmır, yada atılır, ancaq pisləşməsi üçün".

Mia.az-ın məlumatına görə, bunu təhsil eksperti Kamran Əsədov tələbələrin qarşısına yarıçılpaq şəkildə çıxan müğənnidən danışarkən deyib. 

O bildirib ki, təhsilə bu qədər qeyri-ciddi yanaşmaq düzgün deyil:

"Azərbaycanın gələcəyi olan gənclərin, düşünən beyni, potensial işçi qüvvəsi olan tələbələrin qarşısına bunu buraxmaq nə deməkdir? Təhsil millətin gələcəyidir, amma siz onu məhv edirsiz. Özüdə məhv etmək istiqamətində var gücünüzlə çalışırsız. Bəlkə buna bir qonaqlıq təşkil edib tapşırıqlarınızdan verərsiniz?".

Qeyd edək ki, ötən gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələr üçün Novruz Bayramı şənliyi keçirib. Şənlikdə mahnı oxuyan müğənni Afaq Aslanın geyimi gündəm olub. Açıq-saçıq geyimdə olan müğənninin fotoları sosial şəbəkələrdə yayılıb və təndiq edilib.



SON XƏBƏRLƏR