DİN, DTX və DSX-dən Cəlilabadda əməliyyat

img

16-03-2019 [13:46]


Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Bu barədə Mia.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR