Bakıda evdən qadınla kişinin meyiti tapıldı

img

16-03-2019 [09:40]


Bakıda yanğın nəticəsində iki nəfərin meyiti tapılıb.

Martın 16-sı gecə saat 3 radələrində Nizami rayonu, M.S.Ordubadi küçəsində yerləşən evdə yanğın nəticəsində qatı tüstüləmə baş verib.Mənzildən 1 kişi və 1 qadının meyiti tapılıb.

Qadının adının Raisa olduğu bəlli olsa da, kişinin şəxsiyyəti hələ ki, müəyyən olunmayıb.

Rayon prokurorluq və polis orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, meyitlərin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar olunmayıb. Meyitlərin ətraflı xarici və daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Nizami rayon prokurorluğunda araşdırma aparılır.

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR