ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 189 dəfə oxunub

"Dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var" - Deputat hökumətə 7 təklif verdi

15 Mart 2019 [23:07]
 AVP sədri, deputat Fəzail Ağamalı Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti ilə bağlı hesabatına münasibətini bildirib.

Mia.az onun parlamentdə qaldırdığı məsələlərlə bağlı çıxışını ixtisarla təqdim edir: 

"Hörmətli cənab sədr, hörmətli cənab Baş Nazir, hökumət üzvləri, həmkarlar və media təmsilçiləri!

Bəzi təkliflərimi səsləndirmək istərdim:

İlk növbədə bank sisteminin sağlamlaşdırılması və ölkədə maliyyə dövriyyəsinin gücləndirilməsilə bağlıdır.

Ölkəmizə dünyanın ən böyük 100 bankından - bunların toplam aktivləri 70 triliyon dollardır, sığorta və maliyyə şirkətlərindən, investissiya fondlarından dəvət edib ciddi maliyyə imkanları qazanmaqla yanaşı, bank sistemini də sağlamlaşdıra bilərik. Ofşor zonaların, Ofşor bank və şirkətlərin yaradılması da ölkəmizin iqtisadi və maliyyə sisteminin əhəmiyyətli dərəcədə yüksəlişinə təsir göstərərdi.

2-ci, xarici borclar hər bir ölkənin inkişafında vacib rol oynayır. Biz xarici borc alıb iqtisadiyyatımızı yüksək templə inkişafından çəkinməli deyilik.

İnkişaf etmiş ölkələrdə xarici borc ÜDM-dan bir neçə dəfə çoxdur.

Məsələn Böyük Britaniyada 3 dəfə, Niderlandda 5 dəfə, Fransada 2,2 dəfə.

ABŞ-ın 22 trilyon dollar borcu var və o ÜDM-dan 20% çoxdur. İnkişafda göz önündədi.
 
3-cü vacib məsələ elmin inkişafı və ona maliyyə vəsaitinin ayrılmasıdır. İnkişaf etmiş ölkələrdə ÜDM-un 3-5%-i elmə yönəldilir. Bizdə bu 0,2%-di. Ölkədə Elmlər Akademiyasının bazası saxlanılmaqla ciddi struktur islahatları aparmalı, elmlə təhsilin konselidasiyasını həyata keçirməliyik.

4-cü aqrar sektorla bağlı təkliflərimi bir neçə gün öncə Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun təşəbbüsülə həmkarlarımla birlikdə aparılan müzakirələrdə söyləmişəm. Əlavə olaraq demək istərdim ki, bu gün ölkəmizdə torpaq fondunun 47% yararsız, şoranlaşmış vəziyyətdədi və bu proses davam edir. Bununla bağlı dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var.

5-ci Əmlak Komitəsi bir ildən artıqdır ki, mülkiyyət hüququnu təsdiq edən kağızla bərabər, elektron forma da verir. Məncə, Əmlak Komitəsi kağızdan imtina etməli və tam elektron çıxarışların verilməsinə keçməlidi. Bu ölkə prezidentinin elektron hökumət yaradılması ilə bağlı atdığı mütərəqqi addımlarla adekvat olardı.

6-cı, Təhsil sahəsində aparılan islahatlarda bəzi məqamların nəzərə alınması da fikrimizcə faydalı olardı. Dərs yükünün 18 saatdan 12 saata endirilməsi, siniflərdə şagirdlərin sayının 15 nəfərdən artıq olmaması təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərərdi.

7-ci, Azərqaz, Azərişıq və Azərsu ilə bağlı texniki şərtlərin verilməsi müddəti minumuma endirilməli, tətbiq olunan rüsumlar ləğv olunmalıdı. Bu inkişaf etmiş bütün ölkələrin təcrübəsində var.

Nəhayət, bizə təbii qazın istifadəsində Tarif Şurasının tətbiq etdiyi limitin azlığından çoxlu şikayətlər gəlir. Tarif Şurasından xahiş edərdim ki, bununla bağlı mümkün güzəştlər üzərində düşünsün. Bir çox ölkələrdə qaz istifadəsindəki qiymətlər gecə və gündüzdə fərqlidi və bu da ölkəmizdə tətbiq oluna bilər.

Qida Təhlukəsizliyi Agentliyi üzərinə düşən vəzifənin öhdəsindən ugurla gəlməkdədir. Onların gərgin əməyi nəticəsində, istehlakçı maraqları qorunur,  idxal olunan qida məhsullarının təhlükəsizliyi təmin edilir və əminəm ki, bu sahədə şəffaflıq daha da artacaq, olkəmiz təhlükəsiz qida məhsulları ilə tam təmin olunacaqdır. 

Sonda diqqətinizə çatdırmaq istərdim ki, ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu başlıca vəzifə Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaqdır. Bu prezidentimizin strateji xəttidir. Biz prezidentimizin bu tarixi çağrışına nail olmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik və bu hədəfə çatmalıyıq. Gəlin, bütün potensialımızı və səylərimizi bu baxımdan səfərbər edək və bu hədəfə çatmaqla dünyanın inkişaf etmiş 37-ci ölkəsi olaq".  


SON XƏBƏRLƏR