"Xəbər bizi son dərəcə kədərləndirdi" - İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə məktub göndərdi

img

15-03-2019 [17:13]


Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib. 

Başsağlığı məktubunda deyilir:

"Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR