15-03-2019 [16:24]
2015-ci ildə baş vermiş iki ardıcıl devalvasiyalar əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, biznes mühitinin az qala tamamilə çökməsi, iqtisadiyyata misli görünməmiş ziyan dəyməsilə yanaşı, bu prosesdən külli miqdarda qazanc əldə edənlərin olmasına dair iddialarla da yadda qaldı.
"Beynəlxalq Bank işində” devalvasiyadan istifadə edilərək, külli miqdarda vəsaitin mənimsənilməsinə dair iddialar ortaya atıldı. Mətbuatda da dəfələrlə bu prosesdən sui-istifadə edilməsi haqda konkret ittihamlar yer aldı. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq devalvasiyadan bir müddət əvvəl banklar manatla kredit verməkdən imtina etməyə başlamışdılar. Bu özü bir siqnal idi.
Bu məsələ ilə bağlı daha bir ağır ittiham isə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilib. Musavat.com-un canlı yayımında qonaq olan S.Cəlaloğlu birbaşa ölkə başçısına müraciət edərək, devalvasiyadan 2-3 gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovun böyük miqyasda maxinasiyaya əl atdığını bildirib:"Milli valyutanın devalvasiyasından bir neçə gün qabaq Mərkəzi Bankın sədri 800 milyon pul götürüb, sonradan onu manat kimi qaytarıb, oradan 450 milyon pul qazanıb…”
Daha sonra partiya sədri bildirib ki, devalvasiya baş verən gecə manatın kursu ilə bağlı gecəyarısı iki dəfə kəskin dəyişiklik edilərək, məzənnə əvvəlki vəziyyətə qaytarılıb və bu maxinasiyadan da əlavə olaraq, yüzlərlə milyon vəsait əldə edilib: "İki dəfə gecə yarısı məzənnəni əvvəlki vəziyyətə qaytarıblar, məlum olub ki, həmin gecə bir dəfə 300 milyon, bir dəfə də 500 milyon pul dəyişdirilib…”
Böyük ehtimalla S.Cəlaloğlu yüz milyonlardan danışarkən ABŞ dollarını nəzərdə tutub. Bunları uzun müddət siyasətdə olan, prezidentliyə namizəd olmuş və müəyyən dərəcədə məlumatlı biri kimi tanınan partiya sədrinin söyləməsi kifayət qədər düşündürücüdür.Xatırladaq ki, mətbuatda da E.Rüstəmovun devalvasiya vaxtı maxinasiyalara yol verdiyinə dair məlumatlar yayılmışdı.
Əlbəttə ki, normal hüquqi dövlətdə bu cür ittihamlar, xüsusilə də ictimai yükü olan hansısa siyasətçi tərəfindən səsləndirildikdə mütləq müvafiq qurumlar tərəfindən araşdırılır. İttiham olunan tərəf isə ictimaiyyət qarşısına çıxaraq, həmin ittihamlarla bağlı açıqlama verir – ya onları konkret əsaslarla yalanlayır, ya da qəbul edir.
Ancaq söhbətin Azərbaycandan və özünün şəxsi bankı olduğu bildirilən Mərkəzi Bank sədri Elman Rüstəmovdan getdiyini nəzərə alsaq, bu ittihamlara cavab verilməməsi təbii görünür.Onun dövlət qulluğunda olmasına rəğmən saysız–hesabsız biznes subyektlərinin, bankının olmasına dair məlumatlar dəfələrlə mətbuatda dərc olunsa da, Mərkəzi Bank sədri elə belə də olmalı imiş kimi, bunlara heç bir aydınlıq gətirməyib.
Ancaq bu dəfə söhbət dövlətin iqtisadi əsaslarına yönələn konkret cinayətdən gedir.Onsuz da devalvasiyadan öncə söylədiyi yalanlarla əhali arasında heç də qibtə ediləcək reputasiyaya malik olmayan E.Rüstəmov barədə S.Cəlaloğlunun dedikləri Mərkəzi Bank sədrini sorğu-sual etmək üçün ciddi əsaslar yaradır.
Əgər S.Cəlaloğlunun söylədiklərində həqiqət yükü varsa, vətəndaşda təbii sual meydana gəlir – necə olur ki, devalvasiya oyunu sayəsində bir sutkada üst-üstə 1 milyarddan artıq vəsait saf-çürük edildiyi halda, ondan yalnız 4 il sonra 800 min vətəndaşın kredit borcları problemlərini həll etmək üçün büdcədən cəmi 670 milyon manat ayrılır? Özü də bu pul banklara ödənilir, milləti soğan qabığı kimi soyan məmur-oliqarxlara aid bankların vəziyyəti düzəldilir, hələ vətəndaşa bundan nə çatacağı isə tam bəlli deyil.
Elə Mərkəzi Bank sədri və digər maliyyə qurumlarının "səxavətinin” nəticəsidir ki, kredit probleminin həllinə ayrılan vəsaitdən 10 min dollardan yuxarı borcu olan sadə vətəndaşlara və biznes subyektlərinə bir qəpik də düşmür.E.Rüstəmov isə dollar kreditləri probleminin həlli ilə bağlı sağa-sola sevincək müsahibələr, açıqlamalar verir.Ondansa, yaxşı olardı ki, Mərkəzi Bankın sədri devalvasiyadan öncə əhalinin gözünün içinə baxaraq, devalvasiyanın gözlənilmədiyinə dair söylədiyi yalanlara, saysız-hesabsız biznes strukturlarına və böyük var-dövlətə malik olmasına aid iddialara və S.Cəlaloğlunun səsləndirdiyi konkret maliyyə cinayətlərilə bağlı ittihamlara cavab versin.
Azpolitika.info
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir