49 nəfərin qatili olan terrorçu - Musiqi sədaları ilə məcsidi qana boyadı

img

15-03-2019 [14:12]


Yeni Zelandiyada 49 nəfərin qətli ilə yekunlaşan terror aktının icraçısı 28 yaşlı Brenton Tarrant qətli musiqi dinləyərək həyata keçirdiyi məlum olub.

Mia.az xəbər verir ki, terrorçu 5 ədəd yarımavtomatik silahla silahlanıb. Silahlı hücumu kompüter oyunu kimi həyata keçirən qatil atəş zamanı silah maqazinini bir neçə dəfə dəyişdirib.

 Maşında düşüb məscidə girən kimi atəş açmağa başlayıb.

Silahlarının üzərində isə dünyanın başqa regionlarında müsəlmanlara qarşı hücum təşkil edənlərin adı həkk olunub. 

Hücumu il əvvəldən planlaşdıran Tarrant internetdə paylaşdığı manifestində 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvikdən ilham aldığını yazıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR