"Burada utanılası söz yoxdur, Həsənağa Turabov mənlə evlənmək istəyirdi" - Flora Kərimova sirr açdı + VİDEO

img

14-03-2019 [12:36]


Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sevgi münasibətindən bəhs edib. 

Müğənni bu haqda "Hüseynova bacıları" verilişində danışıb. 

O bildirib ki, hətta aktyor onla evlənmək istəyib:

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi. 

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. 

Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu haqda danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hisləri var idi".

axsam.az



Digər xəbərlər
SON XƏBƏRLƏR