Şriftin ölçüsü / 96 dəfə oxunub

Azərbaycanı UEFA Gənclər Liqasında hansı komanda təmsil edəcək?

13 Mart 2019 [17:34]
Azərbaycanı 2019/2020-ci il mövsümündə avrokuboklarda təmsil edəcək ilk futbol klubu müəyyənləşib.

Mia.az xəbər verir ki, bu, əyalət təmsilçisi "Qəbələ” komandasıdır. 

Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv AFFA-nın təşkil etdiyi Gənclər Liqasının XXII turunda "Qarabağ”ı 1:0 hesabı ilə üstələməklə, xalını 60-a çatdırıb və çempionluğu erkən təmin edib.

"Qəbələ” bununla da UEFA Gənclər Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ”nin turnir cədvəlindəki ən yaxın izləyicisi "Keşlə” evdə "Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etməklə, xalını 42-ə çatdırıb. Mövsümün başa çatmasına 6 tur qalmış paytaxt klubu ilə əyalət təmsilçisi arasında xal fərqi 18 olsa da, bakılılar şəxsi oyunlarda rəqibindən aşkar geri qalır (0:2, 0:3, 0:5).


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib